Yeniyetmələrin Mənəvi Həyatı

 

Erkən gənclik dövrünü yaşayanlar üçün xüsusi olaraq yaradılmış olan yeni gənclik proqramı, bu yaş qrupuna "kəskin bir ədalət duyğusu, kainatı öyrənmə mövzusunda istəklilik və daha yaxşı bir dünyanın qurulmasına iştirak etmə arzusuna sahib gənclər" olaraq baxan ekspertlər, dünyanın hər yerindən gələn təcrübələr işığında inkişaf etdirilməyə davam edən beynəlxalq bir proqramdır.

 

Sizə ən yaxın yeni gənclik işləri haqqında ətraflı məlumat və iştirak tələbləri üçün bizə müraciət edə bilərsiniz.

 

Yeniyetmə Dövrünün Əhəmiyyəti

Yeniyetməlik dövrü hər bir insanın həyatında xüsusi bir yaş dövrüdür. İnsan bu yaşda artıq uşaq deyil, eyni zamanda böyük də deyil. Bu dövrdə fərdlər sürətli fiziki, zehni və romantik dəyişikliklər keçirirlər. Bu qısa və böhranlı dövr ərzində yeniyetmələr öz həyatları və cəmiyyət haqqında düşünməyə başlayır, həmçinin həyatlarının sonrakı mərhələlərini formalaş-dıracaq bəzi fikirlər, vərdişlər və davranış modelləri əldə edərlər. Bu bir neçə il çox mühümdür, çünki insan bu dövrdə böyük olmağa hazırlaşır. Gələcəkdə onun həyatını müəyyən edəcək əsas dəyərlər və mühüm keyfiyyətlər məhz bu dövrdə formalaşır. Ona görə  də bu yaş dövrü əldən buraxılmamalıdır. Yeniyetməyə  kömək edilməlidir ki, özündə zəruri prinsiplər və vərdişlər formalaşdıraraq həyatının yetkinlik, yəni gənclik dövrünə hazır olsun. 

Yeni gənclik mərhələsinə dair bəzi görüşlər bu dövrü qarışıqlıqlar və böhranlarla dolu olaraq təyin itməkdədir. Şübhəsiz bu yaş dövrünə xas olmayan, fərdlərin bu mərhələdə zaman zaman sərgilədikləri mənfi xüsusiyyətlərin yayılmasının bir səbəbi də bu tip görüşlərdir. Digər səbəbləri isə mənfi ictimai güclərin bu gənc beyinlər üzərindəki ciddi təsiri, yetkinlərin özlərinə uşaq kimi davranmağa davam etmə meyli və - valideynlər başda olmaq üzrə - ümumi olaraq cəmiyyətdəki bir çox yetkinin sözləri ilə hərəkətləri arasındakı əsassızlıqları fərq etməyə başlamalarıdır.

 

Cəmiyyətdə mövcud mənfi təsirləri vurğulamaq yeni gənclərin bu təsirlərin öhdəsindən gələ bilməyəcəkləri mənasını verməz; əksinə, onlar bu təsirləri aradan qaldırmaqla kifayətlənməyib, yeni bir cəmiyyət qurmağa kömək edən fərdlər halına gəlmə potensialını daha o yaşdan içlərində saxlayırlar. Onların yeni qabiliyyətlərini insanlığa özünü düşünmədən xidmətə istiqamətləndirmək, bu səbəblə bu yaşda lazımlıdır.

Müasir Cəmiyyət və Yeniyetmələr

İnsanın ruhunda gizli olan qabiliyyətlərin inkişaf etdirilməsi və onun cəmiyyətin rifahı  naminə çalışması bir-birindən ayrılmazdır. İnsan İlahi keyfiyyətləri – insanlığa məhəbbət, şəfqət, mərhəmət, fədakarlıq, doğruçuluq, ismət və ədalət hissini üzə çıxartdıqca, onun cəmiyyətin mənəvi və maddi rifahi naminə fədakarcasına çalışması həyatının mənasına çevrilir. Gənclərin, həm öz fərdi inkişaflarının məsuliyyətini üzərlərinə götürmələri, həm də daha yaxşı cəmiyyətin qurulmasında iştirak etmək arzuları yeniyetməlik dövründə formalaşdırılan qabiliyyətlərdir. Bəşəriyyətin rifahı naminə çalışan yüksək mənəvi və intelektual qabiliyyətlərə malik gəncliyin yetişdirilməsi ailələrin və bütövlükdə cəmiyyətin məsuliyyətidir.  Müasir cəmiyyətdə yeniyetmələrə lazımi diqqət ayırmır. Onlara çox vaxt  uşaq kimi baxırlar və bu baxışdan irəli gələn münasibət göstərirlər. Mühüm dövr əldən buraxılır və böyüklər bu yaşın tələblərinə cavab verə bilmirlər.

Biz ətraf mühitin yeniyetmələrə mənfi təsirini etiraf etməyə bilmərik, nə də onları gələcəkdə gözləyən təhlükələrdən qoruya bilərik. Amma biz yeniyetmələrdə elə bir möhkəmlik yaratmaqda kömək edə bilərik ki, bu nəinki çətinlikləri həll etməkdə onlara yardımçı olsun, həm də onlar öz ətraflarına fəal təsir edə bilsinlər və onu yaxşıya doğru dəyişsinlər. Biz həmçinin onlara analiz etməyi, öz hərəkətlərinin nəticələrini əvvəlcədən görməyi və yalanı doğrudan ayırmağı öyrənməkdə kömək edə bilərik. Həzrət Əbdül-Bəha yeniyetməlik dövrünün vacibliyi haqqında buyurur:

“İnsan həyatının bahar çağı var və bu dövrə heyrətamiz gözəllik bəxş edilmişdir. Yeniyetməlik dövrünə güc və enerji xasdır və bu insanın həyatında ən yaxşı dövrdür. Ona görə də siz gecə və gündüz elə çalışmalısınız ki, pak niyyətlə və Onun səmavi qüdrəti, ilahi mərhəməti və köməyi ilə insan aləminin bəzəyi olasınız...”

Yeniyetmələrin Ruhani və Intellektual Gücləndirmək

Yeniyetmələr üçün bizim təklif etdiyimiz proqram üç il davam edən “Yeniyetmələrin Ruhani Gücləndirilməsi Proqramı” adlanır. O, 11-15 yaş qrupu üçün xüsusi olaraq yaradılmışdır və   "kəskin bir ədalət duyğusu, kainatı öyrənmək istəyi və daha yaxşı bir dünyanın qurulmasına iştirak etmə arzusunda olan gənclər" in formalaşdırılmasına xidmət edən beynəlxalq bir proqramdır. Proqramda əsl məqsəd, yeniyetmələrin intelektual və ruhani güclərini ortaya çıxarmaq və onları yaşadıqları cəmiyyətə və insanlığa xidmətə istiqamətləndirməkdir. İntelektual güclənmə - gənclərin ətraflarındakı dünyanı dərindən dərk etməyə, cəmiyyəti formalaşdıran gücləri tanımalarına, ifadə güclərini artırmalarına kömək edəcək. Ruhani güclənmə isə həyata və cəmiyyətə dair ümid dolu bir baxışa sahib olmalarına, cəmiyyətə təvazökar və fədakar şəkildə xidmət etmələrinə, rəqabət yerinə həmrəylik və əməkdaşlığı seçmələrinə kömək edəcəkdir.

Bu proqramın hər bir ili vacibdir, çünki proqram yeniyetmə dövrünün hər ili üçün onların tələbatını nəzərə almaqla hazırlanmışdır. Proqramda yeniyetmələrın kiçik qruplarda (10 nəfərə kimi) kitablar keçməsi nəzərdə tutulur. Bu kitablar 11-15 yaşarası dövrü nəzərə almaqla hazırlanmışdır və ümumi sayı 18-dir. Kitablar yeniyetmələrə öz fikirlərini aydın ifadə etmək qabiliyyətini inkişaf etdirməyə, cəmiyyətlə qarşılıqlı fəaliyyət göstərməkdə onlara kömək etməyə yönəlmişdir.

 

Kitablardakı materiallar ruhani prinsiplərə əsaslanmışdır. Belə ki, birinci “Təyid Nəsimləri” kitabında yeniyetmələr gələcəkdə kim olacaqları və cəmiyyətə necə xidmət edəcəkləri barədə düşünən dörd yeniyetmənin hekayəsi ilə tanış olurlar. Məqsədə çatmaq üçün səy qoymaq fikri hekayədə bir qırmızı xətt kimi keçir. Yeniyetmələr özlərini bu kitabda tanıyır və öz gələcəkləri barədə düşünürlər. Kitabda bundan əlavə hər hekayənin sonunda çalışmalar verilir ki, bunlar da sözlərdən necə istifadə etməkdə, bəzi yeni sözlərin mənasını bilmək və üzərində düşünməkdə onlara kömək edir.

 

Kitabları öyrənməklə yanaşı yeniyetmələr yaradıcılıqla məşğul olur, məhəllərində və kəndlərində xeyirxah işlər planlaşdırır, idmanla məşğul olurlar. Qrup həftədə bir dəfə görüşür.