top of page

Bizimlə Əlaqə

BahaiYayMektebi@gmail.com

Siz istədiyiniz zaman email vasitəsilə bizimlə əlaqə saxlaya bilərsiniz, amma il ortası sayt zəngləri qəbul etmir. İstədiyiniz hər bir proqram üçün "Qeydiyyat" Səhifəsinə adınızı yazın. Tədbirə bir ay qalmış bizim telefon xəttimiz açıq olacaq və biz sizinlə əlaqə saxlayacağıq! Növbəti proqram üçün Qeydiyyatdan keçin.

Insanın öz potensial qabiliyyətlərini inkişaf etdirməsi ilə cəmiyyətin rifahı üçün çalışması bir-birinə bağlı iki cəhətdir; çünki insanın mənəvi-əxlaqi dəyərləri və davranışı onun ətrafını formalaşdırır, özü isə ətraf mühitin təsirinə məruz qalır. Bu ikili məqsəd hissidir və hər iki cəhətdən transformasiya olunmaq ancaq şüurlu cəhdlərlə meydana çıxa bilər. Gənclər bu məsələnin həyatları üçün əhəmiyyətinin fərqinə varmalı və güclü bir məqsəd hissi ilə dolmalıdırlar. Onlar həm öz fərdi inkişaflarının məsuliyyətini üzərlərinə götürməli, həm də cəmiyyətin transformasiyasında, yaxşılaşdırılmasında iştirak etməlidirlər. Bu ikili məqsəd hissi öz ifadəsini şəxsin mənəvi əxlaqi və xidmət həyatında tapacaqdır. Bu işdə yeniyetmələrin mənəvi gücləndirilməsi proqramı çox əhəmiyyətlidir. 

Mesajınız Göndərilib!! Təşəkkürlər...

  • Facebook Clean
  • Twitter Clean
  • Pinterest Clean

Administratorun Sözü

Mənim adım Fərəhdir.  Üç övladım var və sizin kimi mən də hər gün onların tərbiyəsi haqqında və onlarda hansı bacarıq və qabiliyyətlər yetişdirmək barədə düşünürəm. Yeganə arzum budur ki, onlar bu dünyada  dərin və zəngin düşüncəyə yiyələnsinlər və Azərbaycan torpağına gözəl vətəndaşlar olsunlar. Lakin bu barədə nə qədər düşünsək də, heç nə sadə də olsa, əməli addımları əvəz edə bilməz və ona görə də təqdim edilən Yay Məktəbi bu addımlardan biri hesab edilə bilər. Bəhai Yay-Məktəbi ildə iki dəfə təşkil olunur və ailələrə, uşaqlara, yeniyetmələrə və gənclərə sakit bir mühit yaradır ki, onlar öz mənəvi həyatlarına daha çox fikir versinlər, can atdıqları uca ideallar barəsində, insanlığa necə xidmət etmək barədə düşünsünlər.  Aşağıdakı elektron ünvanına adınızı yazmaqla abunə olun, bizim bülletenlərimizi alın və yenilikləri öyrənin. Sualınız olsa, saytımızı ziyarət edin və iştirak etmək istəsəniz, lütfən, qeydiyyatdan keçin. 

bottom of page